“SOCAR Trading”: "Bu il neftin bir barelinin qiyməti 80 dollara çatacaq"

img

23-02-2021 [11:52]


Bu il neftin bir barelinin qiyməti 80 ABŞ dollarına çatacaq, çünki neftə olan tələbat yenidən artacaq, ancaq istehsalçılar lazımı təkliflərə dərhal cavab verə bilməyəcəklər..

Məlumata görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədə yerləşən törəmə “SOCAR Trading SA” şirkətinin baş ticarət direktoru Xəyal Əhmədzadə bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə pandemiyaya cavab olaraq yaranmış artıq izafi neft ehtiyatları yaya qədər tamamilə bitəcək: “Bu dövr ərzində boru, quyu və fitinqlərin istehsalında istifadə olunan poladın qiymətlərinin sürətlə bahalaşması və istehsalçılar üçün yüksək kapital dəyəri, tələbin geri qayıtmasına baxmayaraq onsuz da çətinləşmiş sənaye tərəfindən mənalı bir təklif reaksiyasının qarşısını alacaq”.

“Mən yaz aylarında və ya ilin sonuna qədər neftin bir barrelinin qiymətini 80 ABŞ dollara və yaxın 18-24 ay ərzində bir barrel üçün 100 ABŞ dolları qiymətinin üzərində görsəm, təəccüblənmərəm”, - deyə X. Əhmədzadə bildirib.

O qeyd edib ki, SOCAR artıq özünün böhran zamanı saxladığı 15 milyon barel olan bütün nefti həcmlərini satıb: “Polad qiymətlərinin artması neft xidmətləri göstərən podratçıların hasilatı vaxtında bərpası üçün və büdcə çərçivəsində tələb olunan boruların, quyuların və digər infrastrukturun inşası çətinləşəcək. Bu, ölkələr karantin rejimi və digər məhdudiyyətlərdən çıxdıqca tələb geri qayıtdıqda belə, təklif reaksiyasını ləngidəcək. Çox yüksək polad qiymətləri səbəbindən sənayedə bir sarsıntı görə bilərik".

X. Əhmədzadə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanı da əhatə edən müttəfiqlərinin tədricən hasilatın artımına və xam neftin tezliklə tam güclə ötürülməsinə geri dönməsini gözlədiyini söyləyib. Buna baxmayaraq, o, bunun da yetərli olmayacağını bildirib.

Onun sözlərinə görə, hətta Səudiyyə Ərəbistanı və Texasda da istehsal olsa belə, 12 aydan sonra neft çatışmazlığın olacağına dair qorxular var: “Bu, qiyməti olduqca sürətlə artıracaq"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR