Deputat Azərbaycan futbol çempionatını yıxıb-sürüdü: "Azərbaycan futbolunu məhv etməyin!"

img

23-02-2021 [11:35]


“Dərhal respublikanın bütün yerlərində qazilərə, müharibə iştirakçılarına veteran statuslarının verilməsi üçün regional mərkəzlər yaradılsın”.

Bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat Azərbaycan futbolu ilə bağlı da narahatlığını bildirib:

“Azərbaycan çempionatında cəmi 8 komanda var. Regionlarda demək olar ki, futbol komandası yoxdur. Bu, Bakı çempionatıdır. Ona görə də Azərbaycan futbolu yerində sayır. Ağsunun komandası var, onlar gedir digər rayonlarda məşq edir. Uşaq futbolu, Azərbaycan futbolunu məhv etməyin! Artıq həyacan siqnalı çalmaq lazımdır”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR