ABŞ və Fransa şirkətləri birgə peyvənd istehsal edəcək

img

22-02-2021 [20:07]


Fransanın “Sanofi” əczaçılıq şirkəti Lion şəhərindəki müəssisəsində ABŞ-ın “Johnson & Johnson” şirkətilə birgə koronavirusa qarşı peyvəndin istehsalına başlayacaq.

“Sanofi”nin açıqlamasına görə, həmin müəssisədə “Janssen” peyvəndinin istehsalına dair müqavilə imzalanıb.

Müqavilə çərçivəsində ayda 12 milyonadək doza peyvəndin istehsal olunacağı bildirilir.

Daha əvvəl “Sanofi” “Pfizer”-“BioNTech” peyvəndinin də 125 milyon dozasının istehsalı və tədarükündə iştirak etməsilə bağlı müqavilə imzalamışdı. “Sanofi” öz istehsal etdiyi dərmanı isə cari ilin payızında təqdim etməyi nəzərdə tutur/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:37 07.03.2021

XİN yeni məlumat yaydı