"Qarabağ"ın legionerini Sumqayıtda polis saxladı

img

22-02-2021 [12:35]


"Qarabağ"ın futbolçusu Filip Ozobiç Azərbaycan Premyer Liqasında XVI turun "Sumqayıt"la səfər oyunundan sonra insidentlə üzləşib.

Məlumata görə, xorvatiyalı yarımmüdafiəçi şəxsi avtomobili ilə matçın keçirildiyi "Kapital Bank Arena"nın ərazisini tərk edərkən yol hərəkəti qaydalarını pozub.

Nəticədə Yol Patrul Xidmətinin əməkdaşları 30 yaşlı oyunçunun maşınını saxlayıblar. Avtomobildən enən Ozobiç əl işarəsi ilə kürəyini göstərərək, "Qarabağ"ın futbolçusu olduğunu izah etməyə çalışıb.

Futbolçunun cərimələnib-cərimələnmədiyini öyrənmək mümkün olmayıb. O, "Report"a açıqlamasında məsələyə şərh vermək istəmədiyini bildirib.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" oyunu qolsuz heç-heçə ilə başa çatıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR