“WhatsApp” bu şəxslər üçün funksiyaları məhdudlaşdıracaq - Səbəb

img

21-02-2021 [09:48]


“WhatsApp” sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilər üçün funksiyaları məhdudlaşdıracaq.

Bu barədə “TechCrunch” portalı messencer xidməti tərəfindən göndərilən məktuba istinadən yazıb.

Bildirilir ki, istifadəçilər 15 may tarixinədək yeni məxfilik qaydalarına məhəl qoymaya bilər. Ancaq bundan sonra “WhatsApp” mesajlara baxmaq və tətbiq vasitəsilə mesaj göndərmək funksiyalarını məhdudlaşdıracaq. Bundan başqa, 120 gündən sonra messencer yeni qaydaları qəbul etməyən istifadəçinin hesabını silə bilər.

Qeyd edək ki, “WhatsApp” tətbiqindən yazışmaların ötürülməsi üçün “Telegram”da funksiya ortaya çıxıb.

Xatırladaq ki, “WhatsApp” fərdi məlumatların “Facebook”a ötürülməsinə dair bir bənd əlavə edərək istifadəçi müqaviləsini yeniləyib və bu da messencer istifadəçilərinin tənqidinə səbəb olub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR