Avropa Liqası: “Tottenhem”, Mançester Yunayted”, “Milan”, “Roma” qalib gəldi, “Bayer”, PSV isə...

img

18-02-2021 [23:50]


UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunlarına start verilib.

Məlumata görə, 16 qarşılaşmadan 9-u artıq başa çatıb.

Açılış matçı Ukraynanın paytaxtı Kiyevdə "Dinamo" ilə Belçika "Brügge"si arasında keçirilib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İngiltərənin "Mançester Yunayted" klubu pandemiya səbəbindən İtaliyada keçirilən səfər matçda İspaniya "Real Sosyedad"ını 4 cavabsız qolla məğlub edib. "Tottenhem" isə Avstriyada "Volfsberq"in qapısından eyni sayda top keçirib.

İtaliya təmsilçilərindən "Roma" Portuqaliyada "Braqa"nı 2:1 hesabı ilə məğlub edib. "Milan" isə Serbiyada "Srvena Zvezda" ilə görüşdə qələbəni son dəqiqələrdə əldən verib - 2:2.

Günün maraqlı oyunlarında biri də İsveçrədə baş tutub. Almaniya "Bayer"ini qəbul edən "Yanq Boyz" dramatik görüşdə 4:3 hesablı qələbə qazanıb.

Avropa Liqası

1/16 final mərhələsi

İlk oyunlar

21:55. “Dinamo” (Kiyev, Ukrayna) - “Brügge” (Belçika) - 1:1

Qollar: Mixail Buyalski, 62 - Brendon Mexele, 67

21:55. “Olimpiakos (Yunanıstan) - PSV (Niderland) - 4:2

Qollar: Andreas Buxalakis, 9, Yann M Vila, 37, Yussef el-Arabi - Eran Zahavi, 14, 40

21:55. “Yanq Boyz” (İsveçrə) - “Bayer” (Almaniya) - 4:3

Qollar: Kristian Fassnaxt, 3, Teozon Sibaço, 19, Meşak Elia, 44 - Patrik Şik, 49, 52, Mussa Diabi, 68

21:55. “Krasnodar” (Rusiya) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:3

Qollar: Markus Berq, 28, Viktor Klaesson, 69 - Bruno Petkoviç, 15, 54, İyayyi Atimven, 75

21:55. “Braqa” (Portuqaliya) - “Roma” (İtaliya) - 0:2

Qol: Edin Ceko, 5

Qırmızı vərəqə: Rikardu Eşqayu, 54 ("Braqa)

21:55. “Slaviya” (Çexiya) - “Lester” (İngiltərə) - 0:0

21:55. “Srvena Zvezda” (Serbiya) - “Milan” (İtaliya) - 1:2

Qollar: Gelor Kanqa, 52 (penalti) - Radovan Pankov, 42 (avtoqol), Teo Ernandes, 61

Qırmızı vərəqə: Milan Rodiç ("Srvena Zvezda"), 77

21:55. “Real Sosyedad” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) - 0:4

Qollar: Brunu Fernandeş, 27, 57, Markus Reşford, 65

21:55. “Volfsberq” (Avstriya) - “Tottenhem” (İngiltərə) - 1:4

Qollar: Mixael Lindl, 55 (penalti) - Son Xın Min, 13, Qaret Beyl, 28, Lukas Moura, 34

Qeyd edək ki, 1/16 final mərhələsinin cavab oyunları 24 - 25 fevralda gerçəkləşəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR