Azərbaycanda daha bir xəbər portalı fəaliyyətə başladı

img

18-02-2021 [17:46]


Azərbaycanda xəbər portallarının sırasına daha bir informasiya resursu qoşulub. Bu gündən Regionnews.az adlı yeni sayt fəaliyyətə başlayıb.

Mia.az xəbər verir ki, saytın baş redaktoru tanınmış jurnalist Teyyub Mirqasımovdur. Onun sözlərinə görə, Regionnews.az-ın fəaliyyətinin əsas istiqamətini bölgə xəbərləri, regionlarımızdakı social-iqtisadi problemlər təşkil edəcək.

Bununla paralel olaraq, həyatın digər sahələri – siyasi, iqtisadi, idman, mədəniyyət, kriminal mövzuda informasiyalara da yer veriləcək. Ölkədə baş verən mühüm hadisələr haqda operativ olaraq saytda informasiyaların yayılması ilə yanaşı onların mütəxəssislər tərəfindən şərhinin təmin edilməsi də nəzərdə tutulub. 

Baş redaktor özbaşınalıqla üzləşən, sosial problemlərdən əziyyət çəkən insanları əməkdaşlığa dəvət edib: “Biz təmənnasız xəbər xidməti göstərəcəyik. Vətəndaş jurnalistikası ilə aktiv əməkdaşlıq, sosial problemləri olan şəxslərlə birbaşa əlaqələrin qurulması, problemlərin işıqlandırılması nəzərdə tutulub. Üzləşdiyiniz problemlərlə bağlı 070 279 90 09 telefonla əlaqə saxlaya, [email protected] elektron on ünvanına yaza bilərsiniz”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR