İnternetdə zərərli materiallara qarşı tədbirlər görülür - Detallar

img

18-02-2021 [15:19]


Dünyanın 9 ən iri İKT şirkəti internetdə zərərli məzmun və davranışlara qarşı birgə çərçivə mühiti yaratmaq üçün addımlar atır.

“Axios” xəbər verir ki, “Facebook”, “Google”, “Microsoft”, “Twitter”, “Discord”, “Pinterest”, “Reddit”, “Shopify”, “Vimeo” şirkətləri öz hesablarındakı materiallarla bağlı qaydaların dəyişdiyini düşünən ABŞ Konqresi üzvləri tərəfindən təzyiqlə üzləşərək “The Digital Trust and Safety Partnership”, yəni “Rəqəmli etimad və təhlükəsiz tərəfdaşlıq” adlı birlik yaratmaq qərarına gəlib.

Bu zaman aşağıdakı öhdəliklər götürülüb:

- məhsul dizaynı ilə bağlı mümkün sui-istifadə hallarını müəyyənləşdirmək və bunun qarşısını olmaq üçün addımlar atmaq;

- istifadəçi davranışları və məzmunla bağlı müvafiq qaydalar qəbul etmək;

- həmin qaydaları icra etmək, o cümlədən həssas məzmunlarla çalışan qrupların sağlamlıq və dayanıqlıq baxımdan dəstəkləmək; 4) dəyişən risqlərə qarşı hazır olmaq; 5) şikayətlər, icra, etimad, təhlükəsizlik və s. ilə bağlı tədbirlərə dair mütəmadi hesabatlar vermək.

Bu addımların ictimaiyyətin sosial şəbəkələrə və bütövlükdə internetə etimadını bərpa etməyə yönəldiyi bildirilir.

Xatırladaq ki, ötən ilin may ayında ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrinin fəaliyyətini tənzimləyən fərman imzalamışdı. Həmin sənədə görə hansısa siyasi fəaliyyətdə və ya senzura tətbiqində əli olan sosial şəbəkələr müvafiq qaydada məsuliyyət daşıyacaq. Həmin addım dövlət başçısının “Twitter”dəki paylaşımlarına dair şəbəkə rəhbərliyi tərəfindən məhdudlaşdırıcı tədbirlərdən sonra atılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR