Sabiq futbolçu marixuana yetişdirdiyi üçün həbs olundu

img

16-02-2021 [19:14]


İtaliya millisinin sabiq futbolçusu Luici Sartor maliyyə polisi tərəfindən həbs olunub.

"Gazzetta dello Sport" xəbər verir ki, 46 yaşlı veteran müdafiəçi marixuana kolu yetişdirməkdə günahlandırılır.

Onun köməkçisi ilə birlikdə Parma dağlarındakı tərk edilmiş kottecdə narkotik bitkilər becərdiyi üzə çıxıb.

Qeyd edək ki, futbolçu karyerasında yalnız İtaliya klublarının formasını geyinmiş Luici Sartor "Yuventus", "İnter" və "Roma" kimi məşhur komandalarda çıxış edib. O, yığmada 2 oyun keçirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR