Baş məşqçi və 3 futbolçu koronavirusa yoluxub

img

16-02-2021 [17:25]


Belçikanın "Brügge" komandasının baş məşqçisi Filipp Kleman koronavirusa yoluxub.

Məlumata görə, 47 yaşlı mütəxəssislə yanaşı, futbolçulardan Stefano Densvil, Matey Mitroviç və Hans Vanakenin testi müsbət çıxıb.

Onlar karantinə alınıblar. Hər biri Avropa Liqasının 1/16 finalında Ukraynada "Dinamo" (Kiyev) ilə ilk matçı buraxacaqlar.

Qeyd edək ki, fevralın 18-də keçiriləcək "Dinamo" - "Brügge" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub