XXI əsrin ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb

img

15-02-2021 [13:19]


XXI əsrin ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb.

Məlumata görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlinə Joze Mourinyo başçılıq edir.

Portuqaliyalı mütəxəssis 2001-20-ci illər üçün dünyanın ən yaxşı baş məşqçisidir. Onun 226 xalı var.

İkinci pillədə almaniyalı Yoahim Löv qərarlaşıb. Mütəxəssis bu müddətdə 213 xal toplayıb.

3-cü pilləni şotlandiyalı Aleks Ferqyuson və Pep Qvardiola bölüşür. Hər iki mütəxəssisin 183 xalı var.

Qeyd edək ki, siyahıda planetin 15 məşqçisi yer alıb.

ApaSport


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub