Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun virtual missiyası ilə görüşüb
15-02-2021 [12:00]
İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun virtual missiyası ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan iqtisadiyyatında inkişaf meyilləri, 2021-2022-ci illər və ortamüddətli dövr üzrə perspektivlər, COVID-19 pandemiyası fonunda iqtisadi risklər və Azərbaycan hökumətinin adekvat cavab tədbirləri barədə fikir mübadiləsi aparılıb.
Nazir pandemiyanın milli iqtisadiyyata və biznes subyektlərinə göstərdiyi təsirlər, Azərbaycan hökumətinin müvafiq dəstəkləyici tədbirləri barədə məlumat verib, postpandemiya dövrü və ortamüddətli dövr üçün ölkənin iqtisadi priroritetlərini qeyd edib. Bildirilib ki, dövlət başçısının Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib və Azərbaycan hökuməti öz işini bu sənədin müəyyən etdiyi istiqamətlər üzrə quracaq.
M.Cabbarov Azərbaycanın yeni bir strateji dövrə daxil olduğunu, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, Qarabağ bölgəsinin inkişafına nail olunması və onun iqtisadi imkanlarının reallaşdırılmasının təkcə postpandemiya deyil, həm də postkonflikt dövrünün keyfiyyətcə yeni mərhələsi olduğunu bildirib.
Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Natalia Tamirisa fondun mütəxəssisləri tərəfindən fevral ayında keçirilmiş virtual missiyanın yekunları barədə danışıb və bu yekunlara dair məlumatları iqtisadiyyat nazirinə təqdim edib.
Tərəflər missiyanın fəaliyyətinin yekunları, iqtisadiyyatın real sektoru, qeyri-neft sektorunun inkişaf proqnozları, iqtisadi artımı dəstəkləyəcək addımlar və təşəbbüslər, yeni çağırışlara uyğun vergi siyasəti məsələləri, o cümlədən şəffaflığın gücləndirilməsi tədbirləri və sair barədə müzakirələr aparıblar.
DÇ-2026: Gürcüstan qalib gəldi, Türkiyə isə darmadağın oldu
Balıkəsirdə daha bir zəlzələ oldu - 4,5 bal gücündə
Alim Qasımov şəxsi mülkünü satışa çıxarıb - 5 milyona + FOTOLAR
Bu gecə Ay qırmızı rəngə boyanacaq - Astronomik hadisə həvəskarlarını əsrarəngiz gecə gözləyir
Londonda aksiya: 900 nəfərə yaxın etirazçı saxlanılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə yenə zəlzələ olub
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb
Goranboyda yük maşını obyektə "girdi" - Xəsarət alanlar var
Sumqayıtda 72 yaşlı kişi dənizdə boğulub
MEDİADA REKLAM ÇARXI: pulu kimə və hansı kriteriyalarla verirlər?
ADSEA-da İctimai Şura niyə yaradılmayıb?
SABİQ NAZİRİN HƏYAT YOLDAŞI LÜKSENBURQDAKI ŞİRKƏTİNİ BAĞLAYIB - 82.3 milyonluq aktiv Britaniyaya köçürülüb (Sənədlər)
Sabah yağış yağacaq
Qurban Qurbanov jurnalistləri toya çağırdı - Baş məşqçi oğlunun məclisini “Neolit”də keçirəcək
Nəriman Axundzadə millinin heyətindən kənarlaşdırılıb
Maşında sıxılıb qalan qadın xilas edilib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Lənkəranda 34 yaşlı qadın bıçaqlanıb
Azərbaycan nümayəndə heyəti Çində keçirilən Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda - FOTOLAR
Bakıda və rayonlarda xüsusi əməliyyat keçirildi, krimnal şəxslər qandallandı - VİDEO
Umud Rəhimoğlu "Təzə Pir"dəki yas qiymətinin bahalığına, Sabir Fondunun rəhbəri isə boşanmalara diqqəti çəkir
Bakıda reklam şirkətindən oğurluq olub
Bakıda “KamAZ” avtomobilin üzərinə aşıb, ölənlər var - VİDEO, FOTO
Fernandu Santuş AFFA-ya dirənir: "Axı nəyə görə istefa verməliyəm?"
Qayınata 32 yaşlı kürəkənini öldürdü
Azərbaycan nefti 67 dollara endi - Daha 2 dollar ucuzlaşma var
"Trabzonspor" yeni transferi ilə bağlı məlumat yayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" Ernest Muçini transfer edir
Cengiz Ünder "Beşiktaş"a keçdi
18 yaşlı şəxs 16 yaşlı bacısını öldürüb
Bolqarıstanın dövlət şirkəti 200 illik qazancını Türkiyəyə verəcək - Nazir "Bu, ölkəmizi çətin vəziyyətə saldı" deyir
Astarada kütləvi zəhərlənmə: aralarında 8-i uşaqdır
Qəzzada itki - Son statistik məlumat açıqlandı
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur
Rektor hava isti olduğu üçün işə çıxmadığını deyir: "Universiteti uşaqlar özləri idarə edirlər”
Azərbaycan və Macarıstan arasında yeni sənədlər imzalandı
"Beşiktaş" Leandro Trossardı heyətinə qatmaq istəyir
Səbuhi Abbasov: “Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin əsasını qoydu”
Nazir Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsini həvalə edib - Nazirlikdən açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı