“Qəbələ”nin baş məşqçisi: “Qarabağ”a məğlubiyyətdən sonra komandanı toparlamağa çalışdıq"

img

14-02-2021 [17:26]


“Ağır oyun gözləyirdik, bunu da gördük”.

Bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XXV turunda “Keşlə”ni evdə 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, rəqib bir az güc futboluna üstünlük verən komandadır: "Hər zonada təzyiq edirdilər. “Qarabağ”a məğlubiyyətdən sonra komandanı toparlamağa çalışdıq. Oyuna hazırlığımızı yüksək motivasiyada davam etdirdik. Futbolçuların istəkli olmasını və matça tam motivasiya olunduqlarını məşqlərdə də hiss edirdik. Nəticədə məzmunlu oyunla 3 xal qazandıq”.

Baxşıyev vaxtilə “Qəbələ”də işləmiş həmkarı Sənan Qurbanovla bağlı fikirlərini də bölüşüb: “Rəqibin baş məşqçisinin Sənan Qurbanov olması heç bir prinsipiallıq daşımırdı. Ona uğurlar arzulayırıq, inanırıq ki, yaxşı komanda formalaşdıra biləcək. Bacarığı var, üzərinə düşəni artıqlaması ilə edib “Keşlə”ni yeni bir səviyyəyə qaldıracaq”.

Baş məşqçi “Qarabağ”la kubok matçı istisna olmaqla, ümumilikdə uğurlu çıxış etdiklərini düşünür: “İşimizi sırf irad üzərində qurmamışıq. İradımız yalnız ondan ibarətdir ki, futbolçular məşq prosesində daha məsuliyyətli olsunlar, verilən tapşırıqları yerinə yetirsinlər. “Qarabağ”la ölkə kubokunun cavab oyununda bir az sönük idik. Amma komandamın ümumi çıxışından və matçlara yanaşmasından razıyam. Bu hələ bizim maksimum gücümüz deyil. Hücum planında daha keyfiyyətli ola bilərik"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub