"Neftçi" 8 nəfərlə "Qarabağ"a qalib gəldi - Oyunda dava düşdü, 3 futbolçu meydandan qovuldu
13-02-2021 [20:43]
Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.
Məlumata görə, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi" ilə qarşılaşıb.
Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüş "ağ-qaralar" üçün yaxşı başlamayıb. 22-ci dəqiqədə sağ cinah müdafiəçisi Ömər Buludov rəqib komandanın kapitanı Maksim Medvedevə qarşı kobud oynayaraq meydandan qovulub. Amma flaqman azlıqda qalmasına baxmayaraq, 6 dəqiqə sonra Namik Ələskərovun qolu ilə hesabı açıb.
İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya fəal başlayan "Qarabağ" 58-ci dəqiqədə tarazlığı bərpa edib. Cərimə meydançasındakı qarışıqlıqdan istifadə edən Mahir Emreli fərqlənib.
72-ci dəqiqədə "Qarabağ"ın cərimə meydançasında "köhlən atlar"ın müdafiəçii Kevin Medina ilə qonaq komandanın yarımmüdafiəçisi Mamadu Kane arasında dava düşüb. Rəqibini vuran Medina birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Ardınca isə Kane ikinci sarı vərəqəni görərək, komandasını azlıqda qoyub.
75-ci dəqiqədə təyin olunmuş penaltini dəqiq yerinə yetirən Namik Ələskərov komandasına vacib qələbə qazandırıb.
Matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə "ağ-qaralar" meydanda 8 nəfərlə qalıb. Voislav Stankoviç ikinci sarı vərəqəni görərək meydanı tərk edib.
Bu nəticədən sonra xallarını 30-a çatdıran "Neftçi" liderliyə yüksəlib. "Qarabağ" isə 29 xalla 2-ci sırada qalıb.
Qeyd edək ki, günün ilk oyununda "Sumqayıt" evdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəlib. Tura sabah keçiriləcək "Qəbələ" - "Keşlə" və "Zirə" - "Sabah" matçları ilə yekun vurulacaq/Report.
ONLARIN TƏHSİL HAQLARINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı