Erməni nasist Qaregin Njdenin Xocavənddəki heykəli götürüldü: “Abidə dəqiq sökülüb"

img

12-02-2021 [12:56]


Erməni nasist Qaregin Njdenin Azərbaycanın Xocavənd şəhərində yeni qoyulan heykəli götürülüb.

“panorama.am” xəbər verir ki, bunu müstəqil deputat Sofya Ovsepyan bildirib.

“Abidə dəqiq sökülüb və Tarix Muzeyinə daşınıb”, - o, vurğulayıb.

Erməni sosial şəbəkə istifadəçiləri yazırlar ki, abidə Azərbaycan tərəfinin təkidli tələbləri ilə yığışdırılıb.

Qeyd edək ki, sentyabrın 27-də Qarabağda başladılan “Dəmir yumruq” əməliyyatı nəticəsində Xocavənd rayonunun böyük hissəsi erməni işğalından azad olunub. Rayon mərkəzi hazırda ermənilərin və Rusiya sülhməramlılarının nəzarəti altındadır. Noyabrın 10-da əldə olunan atəşkəs razılaşmasından sonra ermənilər Xocavənd şəhərində Qaregin Njdenin abidənin açılışını ediblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq