İNAM KƏRİMOV DAHA BİR KADRINA YÜKSƏK VƏZİFƏ VERDİ - KTN-də daha bir dəyişiklik + FOTO

img

11-02-2021 [11:29]


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fonduna yeni sədr təyin olunub.

Məlumata görə, bu vəzifə Sərxan Sərxanova həvalə edilib.

O, bundan əvvəl nazirliyə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin direktor müavini, “Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin üzvü olub və yeni vəzifəsində Emin Əliyevi əvəz edib/Report.

Xatırladaq ki, S.Sərxanov Odlar Yurdu Universitetində "Maliyyə", Moskvadakı Rusiya Dövlət Sosial Universitetində isə "Maliyyə və Kredit" ixtisasları üzrə bakalavr dərəcəsi, İspaniyadakı OBS Biznes Məktəbində və Barselona Universitetində isə "Beynəlxalq ticarət və beynəlxalq biznes menecmenti" ixtisası üzrə magistratura dərəcəsi alıb.

O, 2019-cu ildə Kənd təsərrüfatı naziri İnam Kərimov “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvü təyin olunub Elə həmin gün  Leyla Məmmədova “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru təyin olunmuşdu. Hazırda Leyla Məmmədova KTN-nin tabeliyində olan AKİA-da sədr müavinidir.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR