SƏRHƏDDİ CANI İLƏ QURAN ƏFSUN...
10-02-2021 [16:16]
Şahnaz Şahin
****
Napaleon Banopart söyləyirdi ki, hərbi qüvvələr ölkənin müdafiəsi üçün kifayət deyil, bununla yanaşı özünü müdafiə edən xalq məğlubedilməzdir.
İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini təmin edən şərtlərin biri, bəlkə də birincisi elə xalqımızın birliyi oldu. Sonra gəlir güclü ordu, müasir silahlar, yeni hərbi teknika və s. Amma müharibə müharibədir, bütün ağrı-acıları ilə, ölümü-itimi, göz yaşları ilə... Neyləyək, düşmən bundan qeyri yol qoymadı bizə. Qarabağın havası, suyu, dupduru çeşmələri, dağları, düzləri, bir sözlə otundan ağacınadək hər şey yol gözləyirdi, inanırdı ki, bir gün həqiqi sahibləri gəlib onları bu vəhşi millətin zülmündən xilas edəcək...
Beşdəli kəndindəyəm, şəhid Hüseynov Əfsun Mətləb oğlunun ünvanına gəlmişəm. Yolu soruşa-soruşa gəlib çıxıram Əfsunun bir müddət əvvələdək yaşadığı evə. Küçənin başından baxanda darvazanın yanında şəhidin divara vurulmuş iri şəkli və başı üzərində dalğalanan üçrəngli Azərbaycanın Bayrağı evi nişan verir gələn qonaqlara. Darvazanın qabağında şəhidin anası Zülfiyyə xanım və dayısı qarşılayır, niyyətimi bildirirəm, birlikdə həyətə keçirik.
Adi bir kənd evi..., pilləkənləri qalxıb içəri daxil oluruq, evdən qəribə bir sükut səsi gəlir qulağıma...Səsə boylansam da gözümə heç kim dəymir, amma mənə elə gəlir ki, bax elə bu dəqiqələrdə bu otaqda bizim üçümüzdən başqa kimsə də var.., o “kimsə” elə Əfsunun ruhudur!...
Ortalığa qoyulmuş dördkünc masanın arxasında əyləşirəm. Zülfiyyə xanım sol tərəfimdə, Əfsunun dayısı Əlövsət isə mənimlə üzbəüz otururlar. Hardan söz salım, nə soruşum, bilmirəm, ana vəziyyətimi duyubmuş kimi özü sözə başlayır:
-İki övladım vardı, qızım ailə qurub, oğlumla ikimiz yaşayırdıq, atası təzə rəhmətə getmişdi... Əfsundan danışmaqdan doymaram, o, mənim hər şeyim idi...
Əfsun Mətləb oğlu Hüseynov, 23 mart 1999-cu ildə, Novruz bayramında dünyaya gəlib, təbiət dirçələndə, çəmənlər qışın qarını üstündən çırpıb yaşıllaşan vaxtı, ailənin bayramına bir bayram da qatıb. Halal çörək yeyib böyüyüb, məktəbə gedib, Beşdəli kənd tam orta məktəbini bitirib və 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılanda sevinərək gedib. Xüsusi Təyinatlı Qoşunların sıralarında qulluq edib vətənə və xidmət etdiyi müddətdə özünü yalnız müsbət cəhətlərilə göstərən Əfsun 2019-cu ildə həqiqi hərbi borcunu layiqincə başa vuraraq evlərinə dönüb...
Ailəsinə kömək etmək üçün iş də tapıb özünə, elə tikintilərdə fəhlə, sonra şadlıq evlərində ofisiant işləməklə gündəlik halal pulunu qazanıb. Müharibə başlayarkən o da vətənin çağırışına səs verərək döyüşlərə yollanıb. 29 sentyabr günündən ömür yolu cəbhədən keçib Əfsun Hüseynovun. O,Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı istiqamətindəki şiddətli döyüşlərin önündə getmiş, verilən döyüş tapşırıqlarının yerinə yetirilməsində xüsusi igidlik göstərmişdir. Cəld, çevik, cəsur döyüşçü olan Əfsunun atdığı bir güllə boşa getməzdi, yeri gələndə düşmən səngərinə girərək əlbəyaxa döyüşlərə atılırdı. 24 oktyabr 2020-ci il tarixinədək bir çox ağır döyüşlərdən alnı
açıq, üzü ağ çıxan bu igid oğlan təəssüf ki, həmin gün Qubadlı uğrunda gedən ağır döyüşlərin birində özü düşmən atəşinə tuş gələrək şəhidlik məqamına qalxmışdır.
..Yandır, poz sərhədləri,
Canınla qur yenidən.
Qarabağdan Təbrizə,
Göyçədən Dərbəndəcən!..
Hüseynov Əfsun Mətləb oğlu noyabr ayının 5-də Qarağac kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycanın dövlət sərhədlərinin bərpa edilməsində xidmətləri olan igid əsgər ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Zülfiyyə xanım da, qardaşı Əlövsət də itkilərinə nə qədər acısalar da, yenə son dilə gətirdikləri söz Vətən kəlməsi olurdu, “Vətən sağ olsun” deyirdilər...
Azərbaycan kişisi həmişə qeyrəti ilə, qadını namusu ilə seçilib, bir-birinə arxa, dayaq olublar, biri daş qoyanda digəri ora baş qoyub həmişə. Azərbaycan ailəsi də özünün milli dəyərlərini əsrlərdir qoruyub saxlayır. Cəbhədə döyüşən kişi arxada qadınından arxayın olub, ona güvənib, qadın da özünü güvənlikdə hiss edərək ər kişilərin müharibədən zəfərlə dönəcəyi günü gözləyiblər. Bu elə1941-1945 ikinci dünya müharibəsində də belə idi, ondan əvvəllər də, indi də belədir... Bəli, qələbənin bir şərti də elə budur...
Əfsun subay idi, bəlkə sevdiyi, ürəyinə yatan biri vardı, bilmirəm. Amma o, Vətəni seçdi, Vətəni sevdi və könlünü də, canını da, qanını da Azərbaycanın bütövlüyü üçün göz qırpmadan fəda etdi...
Mia.az
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq
İsrail Livanla bağlı daha bir xəritə yaydı - 30 bölgə bombalanacaq
İsrail Livanı bombalayır - Ölənlərin say artıb
İraq valisindən İranın hücumuna reaksiya: "3-cü Dünya Savaşının astanasındayıq" - "Kürdlər bu müharibəyə qarışmamalıdır"
Gedson geri dönür - İllik 3 milyon avro maaşa
İRANA QARŞI MÜHARİBƏ: 2 mindən çox hədəf vurulub - İran isə ərəb ölkələrindəki hədəflərə zərbə endirir
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb