Elza Seyidcahan aparıcılıq edəcək: “Məqsədimiz odur ki, insanları çaşqınlıqdan qoruyaq"

img

04-02-2021 [11:54]


Əməkdar artist Elza Seyidcahan aparıcılıq edəcək.

Mia.az xəbər verir ki, Yenisabah.az-a danışan müğənni-bəstəkar yeni verilişinin maarifləndirici olacağını bildirib.

Sənətçi "MTV Azərbaycan" kanalında tamaşaçıların görüşünə gələcək.

“Məqsədimiz odur ki, insanları çaşqınlıqdan qoruyaq. Tamaşaçılara acı da olsa, həqiqətləri söyləyəcəyik. Hazırda çəkilişlər gedir. İnşallah sabah MTV kanalının canlı efirində verilişimin ilk buraxılışı efirə gedəcək”.

Qeyd edək ki, müğənni avqust ayında da aparıcılığa başlamışdı. O, Space telekanalında yayımlanan "Sfetofor"  proqramını ifaçı bacısı Rasimə Seyidcahan və Nərminə Ağası ilə birlikdə aparmağa başlamışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR