Şöhlət Əfşar: “İnşallah, Şuşada görüşərik!”
28-01-2021 [15:29]
Taleh Cavadlı,
İmişli rayonunun Əliqulular kənd tam orta məktəbinin müəllimi, şair
***
İmişli rayonunun Əliqulular kənd tam orta məktəbi həmişə ədəbi mühitə, ədəbiyyata, ədəbiyyat insanlarına açıq olub. Mən bu məktəbə təyinat yerinə gələndə duydum ki, tək məktəbə yox, həm də bir ədəbi mühitə düşmüşəm.
Bünövrəsi ədəbiyyatımızın istedadlı nümayəndələri - əməkdar incəsənət xadimi, tanınmış şair Qəşəm Nəcəfzadə və “Ədəbiyyat qəzeti”nin şöbə redaktoru, sevilən şair Sərvaz Hüseynoğlu tərəfindən qoyulan ənənəni məktəbimizin direktoru, əməkdar müəllim, yazıçı Səxavət Tağlar çox uğurla davam etdirir.
Tanınmış ədəbiyyat insanları tez-tez yolunu məktəbimizdən salır, öz yaradıcılıq nümunələrini kitabxanamıza və müəllimlərə təqdim edirlər. Dəyərli şair, publisist, Türkiyə Dünya Avşarlar Birliyi Azərbaycan şöbəsinin müdiri Şöhlət Əfşar da yolunu rayonumuzdan salması, öz kitablarını da bizə təqdim etməsi bu ənənələrdən biridir. Şairin Vətən müharibəsindən öncə çapdan çıxmış “Dərdnamə” adlı kitabı məktəbimizin müəllimləri tərəfindən maraqla qarşılandı. Şöhlət Əfşar yaradıcılığı özünün poetikliyi, təbiiliyi və səmimiliyi ilə seçilir.
Əsərlərini xüsusi maraqla oxuduğumuz şair müxtəlif mövzulara müraciət etmişdir. Hansı mövzu olursa olsun, Şöhlət Əfşar yaradıcılığının qayəsi sevgiylə yoğrulub. Şairin istək və arzuları, ürək çırpıntıları əsərlərində əsas diqqət çəkən məqamlardır. Şöhlət Əfşar yaradıcılığında dünya, insan, Allaha sevgi kimi fəlsəfi düşüncələr, həmçinin türkçülük, İslam dininə bağlılıq, Vətənə sevgi motivləri geniş yer almışdır. Qəlbində Vətənimizə olan dərin sevgisi onu bu istiqamətdə gözəl əsərlər yazmağa ruhlandırmışdır. Vətənpərvərlik ruhlu əsərləri sırasında “Şuşa” mövzusu üstünlük təşkil edir. “Şuşanın nağılı”, “Unutma Şuşanı, unutma şair” əsərləri onun vətənpərvərlik mövzusunda qələmə aldığı ən gözəl əsərləri sırasındadır. Dəyərli şairimizə üzümüzü tutaraq demək istərdik ki, artıq doğma Şuşamız düşmən tapdağından azad olunmuşdur, Şuşa yenə də bizimdir. Biz inanırıq ki, Azərbaycanımızın incisi sayılan Şuşamızı seyr etdikcə bir-birindən daha da gözəl, qələbə ruhlu əsərlər qələmə alacaqsız. “Şuşanın nağılı” əsərində doğma yurdumuz olan Şuşamızı necə də gözəl vəsf etmisiniz:
Qarabağ qızıl üzük, Şuşa onun qaşıdır,
Kuhi-Nurdan qiymətli, dünyanın tək daşıdır.
Təbiəti möcüzə, burda gözəldir iqlim,
Mən onun aşiqiyəm, o da mənim sevgilim.
Arxasında Kirs dağı vüqarlı, əzəmətli,
Kim qalxsa zirvəsinə ulduza çatar əli.
Xan qızı sarayının gözəldir uca tağı,
Əlvan, güllü xalılar bəzəyir hər otağı.
Bir qırpımda Cıdıra bulud leysan səpələr,
Fövrən hava açılar, Günəş göydən nur ələr..
Əziz və dəyərli şairimiz, qəlb çırpıntıları ilə qələmə aldığınız bu misralar ən gözəl bir tablo kimi Şuşanı gözümüz önündə canlandırır. Biz sizə yaradıcılığınızda uğurlar arzu edirik. Yazan əlləriniz, sevgi dolu ürəyiniz var olsun deyirik! Həmişə yazıb yaradasız, oxucularınızı əsərlərinizlə sirrli-sehirli bir dünyaya aparasız! Məktəbimizin direktoru Səxavət Tağlar deyir ki, ürək dostum, gözəl insan Şöhlət Əfşarla əhdimiz var:
“İnşallah,Azərbaycanın mədəniyyət mərkəzi, gözəl Şuşamızda görüşəcəyik!” Əziz və dəyərli Şöhlət Əfşar müəllim, nə gözəl bir əhd! İnşallah, Şuşamızda birlikdə olarıq!
Mia.az
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO