Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsil haqqını mənimsəyib

img

29-01-2021 [12:23]


Azərbaycanda şöbə müdiri tələbələrin pulunu mənimsəməkdə günahlandırılır.

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva 100-dən çox tələbənin təhsil haqqı kimi ödədiyi 1000-7000 min manat pulunu mənimsəyib.

Hadisədən sonra həmin şöbə müdiri işdən çıxarılıb.

Hüquq-mühafizə orqanlarından “Report”a fakt təsdiqlənib. Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

BSU-dan isə bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.

***

Bakı Slavyan Universitetinin (BSU) tələbələrin təhsil haqqını mənimsəyən sabiq şöbə müdiri Dürdanə Əliyevanın işə düzəltmək adı ilə insanları aldatdığı məlum olub.

Bu barədə BSU-nun rektoru Nurlana Əliyeva məlumat verib.

Onun sözlərinə görə, D.Əliyeva müxtəlif işlər düzəltmək məqsədilə (Diplomun tanınması, Milli Məclisdə işə düzəltmək, məktəbə, uşaq bağçasına direktor vəzifəsinə düzəltmək, ev alqı-satqısı və s.) universitetə aid olmayan digər şəxsləri də aldadaraq külli miqdarda vəsait mənimsəyib.

"Bu məsələ ilə bağlı məlumat Azərbaycan Respublikası Təhsil Nazirliyinə çatdırılıb, inzibati orqanlara bildirilib", deyə rektor əlavə edib.

Qeyd edək ki, ali təhsil müəssisəninin Qiyabi və əlavə təhsil şöbəsinin müdiri D.Əliyevanın tələbələrdən mənimsədiyi təhsil haqqlarının məbləği təxminən 140 000 manat miqdarında olduğu müəyyənləşdirilib. O, rektorun əmri ilə universitetdən xaric edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR