Alman jurnalist Putinin evində: “Ona 10-12 əsgər kömək edirdi..." - FOTOLAR
27-01-2021 [18:56]
Rəsmi Kreml Rusiyanın Gelencik şəhəri yaxınlığında milyardlarla dollar dəyəri olan sarayın prezident Vladimir Putinə aid olduğunu təkzib etsə də, dövlət başçısı Almaniyanın Drezden şəhərindəki mənzilində dəqiq yaşayıb.
Almaniyanın “Bild” nəşrinin müxbiri Yürgen Helfrixt həmin evi ziyarət edib.
Jurnlistlər ilk dəfədir evə baş çəkiblər.
Almaniya Demokratik Respublikası (ADR) dövründə inşa edilmiş altımərtəbəli binanın dördüncü mərtəbəsində Rusiyanın hazırkı prezidenti 1985-ci ilin payızından 1991-ci ilin martınadək Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) zabiti kimi xidmət etdiyi zaman həyat yoldaşı və uşaqları ilə birlikdə yaşayıb.
Müxbir Y.Helfrixt bildirir ki, mənzilin sahəsi 66 kvadratmetrdir, 3 otaq, mətbəx və sanitar qovşağından ibarətdir. Mənzildə həmçinin lociya, zirzəmi, mərkəzləşdirilmiş istilik təminatı və elektrik pilətəsi var. 1991-ci ilin əvvəlində Putinlər ailəsi SSRİ-yə qayıdanda mənzilə Yörq Hofmann yerləşib. 51 yaşlı dülgər hələ də burada yaşayır.
“Mənzili görməyə gələndə məni xanım Putin qarşılamışdı. Hər yerdə tünd rus mebeli var idi. Həmçinin ADR dövrü üçün tipik alüminium divar kağızı və krem rəngli xalça var idi”, - Y.Hofmann xatırlayır.
1991-ci il martın sonunda Vladimir Putin açarları mənzilin yeni sakininə verdi. Hofmann Putinlərin necə getdiyini görüb: “Ona 10-12 əsgər kömək edirdi. Mebelləri söküb taxta sandıqlara yığdılar. Paltaryuyan maşının daşınması ilə bağlı problemlər yarandı: onu pilləkəndən düz 6 nəfər düşürdürdü”.
Hofmannın sözlərinə görə, Putinlər ona xoş təəssürat bağışladılar: “Xanım Putin qəhvəyi kürk və böyük xəz papaq geyinirdi. Onların hələ iti də var idi”.
Evin yeni sakininin kirayə müqaviləsi, kirayə pulu V.Putininki ilə eyni olub: “Ayda 58,90 alman markası, əlavə olaraq isti su və istilik üçün əlavə müvafiq olaraq 9,80 və 26,2 marka: cəmi 94,90 marka”.
O zamandan bəri, demək olar ki, 30 il keçib və Yörq Hofmann hələ də dövlət başçısının keçmiş mənzilində məmnuniyyətlə yaşayır: “Sadəcə bəzən rusiyalı turistlərin olduğu avtobuslar evimin qarşısında dayanarkən əsəbiləşirəm. Onlar buranın Putinin muzeyi olduğunu sanırlar”.
Yörq Hofmann əvvəllər heç kimi mənzilinə buraxmırdı. Evin sakini Vladimir Putinin Qara dənizdəki möhtəşəm sarayı haqqında ifşaedici videoçarx yayımlayan Aleksey Navalnını da evə buraxmayıb: “Milad bayramından öncə mühafizəçiləri ilə gəlmişdi. Yəqin ki, bir növ sənədli film çəkirdi”/Report.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"