Baş nazirin keçmiş müavininin qızı məhkəmə hakimi təyin ediləcək

img

27-01-2021 [17:19]


Milli Məclis Azərbaycan Konstitusiya Məhkəməsinə yeni hakimin təyin olunması məsələsinə baxacaq.

Mia.az xəbər verir ki, Humay Elçin qızı Əfəndiyevanın Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb.

Məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Müzakirələrin sonunda H.Əfəndiyevanın hakim təyin olunması məsələsi parlamentin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, Humay Əfəndiyeva Baş nazirin keçmiş müavini, xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR