Tağı Əhmədovun xanımı: "Tağı müəllim xəstədirsə, qoyun xəstəliyini yaşasın..."

img

27-01-2021 [13:37]


Ayaqları tutulduğu üçün ötən gün xəstəxanaya yerləşdirilən Bakı Metropolitenin keçmiş rəisi Tağı Əhmədovdan xəbər var.

Mia.az xəbər verir ki, bu haqda “Yeni Sabah”a onun həyat yoldaşı Salatın Əhmədova məlumat verib.

T. Əhmədovun telefonuna onun həyat yoldaşı cavab verib.

Bildirib ki, keçmiş rəisin səhhətində müsbət irəliləyiş var və müalicə olunduqdan sonra evə buraxılıb: “Həkimlərimiz sağ olsun, hər cür yardım etdilər.  Hal-hazırda yeriyir”.

S. Əhmədova həyat yoldaşının səhhəti ilə bağlı xəbərin ictimailəşdirilməsinə də etirazını bildirib: “Tağı müəllim xəstədirsə, qoyun xəstəliyini yaşasın. Bunu niyə ictimailəşdirirlər? O da insandır, dağ deyil, daş deyil. Bu, Azərbaycan xalqına yaraşan bir şeydirmi? Tağı Əhmədov da insandır, o da xəstələnə bilər. İndi yaxşıdır, şükürlər olsun. İcazə versinlər, insan bir az dincəlsin, özünə gəlsin. O da sıradan bir insandır...”.

Xatırladaq ki, ötən gün Tağı Əhmədovun səhhətində ciddi problem yaranıb. Onun ayaqlarrı tutulduğundan Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilmişdi. T.Əhmədovun ayaqlarının tutulmasına səbəb ağır şəkər xəstəliyi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR