LAVROVDAN QARABAĞLA BAĞLI YENİ AÇIQLAMALAR: "Vəziyyəti diqqətdən kənar qoymaq niyyətində deyilik"
26-01-2021 [16:52]
“Uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına ciddi əhəmiyyət verirdik. Bu baxımdan Fransa və ABŞ-ın da daxil olduğu ATƏT-in Minsk qrupunun üç həmsədri arasında məhz biz hamı tərəfindən razılaşdırılmış, münaqişəyə son qoyulmasına töhfə verəcək prinsiplər çərçivədə ən müxtəlif fikirlər ardıcıl olaraq təşviq edirdik. Bir neçə il əvvəl Azərbaycan və Ermənistan tərəfdən yüzlərlə, minlərlə insanın həyatını xilas etməyə kömək edəcək razılaşmalar əldə etmək şansımız var idi. Təəssüf ki, o zaman bu, alınmadı”.
Məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda vəziyyət fərqlidir, real proses gedir: “Prezident Putinin vasitəçilik səyləri, onun Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə apardığı çoxsaylı danışıqlar nəticəsində 9 Noyabr razılaşması imzalandı. Bu razılaşma bütün döyüş əməliyyatlarının tamamilə dayandırılması ilə yanaşı, əksəriyyəti Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədrləri tərəfindən hazırlanan prinsiplərə uyğun olan həll yollarını nəzərdə tutur. Vəziyyət bu prinsiplərə uyğun formalaşdı, lakin çoxsaylı insan itkisi bahasına”.
“Dağlıq Qarabağdakı vəziyyəti diqqətdən kənar qoymaq niyyətində deyilik. Yanvarın 11-də Moskvada Putin, Əliyev və Paşinyanın iştirakı ilə keçirilən sammit də bunu bir daha təsdiqlədi. Görüşdə praktikada razılaşmanı reallaşdıracaq və bütün iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalarının və ümumilikdə regionda bütün iqtisadi və humanitar həyatı bərpa edəcək mexanizmin yaradılması barədə razılıq əldə edildi”.
Rusiya, Azərbaycan və Ermənistanın sülh yolunda qarşılaşacaqları yeni çağırışların olub-olmayacağına dair sualı cavablandıran S.Lavrov qeyd edib ki, İran, Türkiyə və Gürcüstan da bölgənin dinc və firavan yaşamasında maraqlıdır: “Ümumilikdə üç Qafqaz respublikasının Rusiya, İran və Türkiyənin iştirakı ilə, yeni reallıqları – müharibənin olmamasını və bütün blokadaların aradan qaldırılması barədə razılığın əldə edildiyini nəzərə alaraq yeni münasibətlər qurması barədə təşəbbüslər səsləndirirlir”/Report.
"Neftçi" ikinci pilləyə yüksəlib
Qəzzada daha 24 fələstinli həlak olub
Müğənni Təranə Qumral: "Musa məni atıb gedə bilməz..."
Klublar Birliyi istefanı qəbul etmədi - "Ali Koçla yola davam!"
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO