ƏLİ ƏSƏDOV HÖKUMƏTİ MÜŞAVİRƏYƏ TOPLADI: bu il hansı işlər görüləcək? - SİYAHI
25-01-2021 [20:18]
Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin müşavirəsi keçirilib.
Hökumətdən Mia.az-a verilən məlumata görə, toplantıda Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası və qarşıda duran vəzifələr müzakirə olunub.
Baş nazir Əli Əsədov 2020-ci ilin əsas hadisəsi kimi xalqımızın Vətən müharibəsindəki qələbəsini vurğulayıb, gündəlikdə duran məsələlər - ötən ilin yekunları, makroiqtisadi göstəricilər, islahatların gedişi, qeyri-neft sektorundakı vəziyyət, pandemiyanın yaratdığı problemlər və onların aradan qaldırılması haqda çıxış edib.
Müşavirədə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ƏƏSMN Sahil Babayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev məruzə ediblər.
Yekun çıxışında Baş nazir Əli Əsədov qeyd edib ki, Prezidentin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilər üzrə Strateji Fəaliyyət Planı hazırlanır və bütün ərazilərin və şəhərlərin bərpası vahid konsepsiya əsasında həyata keçiriləcək.
Baş nazir Azərbaycan Respublikası Prezidentinin tapşırıqları əsasında növbəti il üçün müəyyənləşdirilmiş prioritetləri səsləndirib:
- İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınmalıdır;
- Qarabağ bölgəsinin turizm marşrutlarının işlənib hazırlanmasına başlanılmalıdır;
- Nəzərdə tutulmuş beynəlxalq hava limanlarının, yeni dəmir yolu xətlərinin tikintisi bölgənin inkişafına əhəmiyyətli təkan verəcəkdir və o cümlədən məşğulluq məsələlərinə də xidmət edəcək;
- İşğaldan azad olunan ərazilərdə heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələri inkişaf etdirilməlidir;
- Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarlar işlənib hazırlanmalıdır;
- Ölkə səviyyəsində su ehtiyatları ilə bağlı problemləri həll etməklə yanaşı, işğaldan azad edilmiş torpaqların su ehtiyatlarından səmərəli istifadə məsələlərinə xüsusi diqqət yetirilməlidir. Azad edilmiş torpaqlarda ən müasir suvarma sistemləri yaradılmalıdır;
- Azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi, həmin ərazilərdə su mənbələrindən istifadə edilərək su elektrik stansiyalarının tikintisi imkanları da nəzərdən keçirilməlidir;
- İşğaldan azad olunmuş ərazilərin bərpası məsələləri dövlət orqanlarının dövlət siyasətinin müxtəlif istiqamətləri üzrə fəaliyyətində prioritet təşkil etməli, cari və perspektiv işlər Böyük Qayıdış planları ilə əlaqələndirilməlidir;
- Keçmiş köçkün əhalimiz öz dəbə-baba yurdlarına qaytarılmalıdır. Bu proses xüsusi proqram əsasında həyata keçirilməlidir;
- Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə həyata keçirilən antikorrupsiya tədbirləri ardıcıl şəkildə davam etdirilməli və bütün dövlət qurumlarını əhatə etməlidir;
- Mərkəzi icra hakimiyyəti orqanlarının Hökumətə təqdim etdiyi təkliflərin hər birində antikorrupsiya mexanizmləri və elementləri nəzərdə tutulmalı, sui-istifadə hallarına qətiyyən yol verilməməlidir;
- Cari ildə iqtisadi artımın bərpa edilməsinə nail olmalıyıq;
- İnflyasiya meyllərinin qarşısı alınmalıdır;
- Valyuta ehtiyatları səmərəli idarə edilməlidir;
- Dövlət vəsaitlərindən səmərəli istifadə olunması üçün maliyyə inzibatçılığının keyfiyyəti yüksəldilməli, maliyyə intizamı gücləndirilməli, nəzarət mexanizmləri sistemi təkmilləşdirilməlidir;
- Fiskal dayanıqlığın təmin edilməsi davamlı olaraq büdcə xərclərinin optimallaşdırılmasını, qənaət rejiminin tətbiq olunmasını, artıq və səmərəsiz xərclərin qarşısının alınmasını tələb edir;
- Dövlət satınalmalarının şəffaflığı və effektivliyi təmin edilməlidir. Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır. Tenderlərin keçirilməsinə xüsusi önəm verilməlidir.
- Özəl sektoru investisiya layihələrinin maliyyələşdirilməsinə cəlb etməliyik;
- Dövlət-özəl tərəfdaşlığının təşviqi davam etdirilməlidir;
- Prioritet sahələrə özəl investisiyaların cəlb edilməsi stimullaşdırılmalıdır;
- Dövlət investisiya layihələrinin səmərəliliyi təhlil edilməlidir;
- Antiinhisar siyasəti gücləndirilməli, haqsız rəqabətə, xüsusilə də istehlak bazarında süni qiymət artımına yol verilməməlidir;
- Kiçik və orta sahibkarlığa dəstək proqramı davam etdirilməlidir;
- İxrac imkanlarımız genişləndirilməlidir;
- Keçən il start verilmiş lakin məlum səbəblərdən tam həcmdə tətbiq edilməmiş İcbari Tibbi Sığorta sistemi bu il 2 mərhələdə həyata keçirilməlidir;
- Postpandemiya dövrünə ciddi hazırlıq işləri görülməli, orta və uzunmüddətli hədəflərimizi bir daha dəqiqləşdirməliyik. Artıq bununla bağlı Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilmişdir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 2021-ci il Nizami Gəncəvi ili elan olunduğu üçün Mədəniyyət Nazirliyinə müvafiq Fəaliyyət Planı hazırlanması tapşırılıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb