Rusiya XİN-dən Lavrov-Zərif görüşü ilə bağlı açıqlama: "Qarabağdakı vəziyyət əsas müzakirə mövzularından biri olacaq"

img

25-01-2021 [15:19]


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yanvarın 26-da keçiriləcək görüş öncəsi yaydığı məlumatda bildirilib.

Məlumatda Rusiya-İran XİN başçılarının müzakirə edəcəkləri mövzular açıqlabıb. Bildirilib ki, Lavrov-Zərif görüşündə Dağlıq Qarabağda vəziyyət, İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında vəziyyət, Suriya nizamlanması, Əfqanıstan, Fars körfəzi zonasında vəziyyət əsas müzakirə mövzusu olacaq.

Bundan başqa, Rusiya-İran arasındakı ikitərəfli münasibətlərin gələcək inkişafı istiqamətində konkret addımların atılması barəsində fikir mübadiləsi aparılacaq.

“Qarşılıqlı faydalı əməkdaşlığın tədricən inkişafı, Rusiya və İranın əhəmiyyətli potensiallarının birləşdirilməsi təkcə hər iki dövlətin mövqeyinə müsbət təsir göstərmir, eyni zamanda, Cənubi Qafqaz regionunda, Yaxın və Orta Şərqdə vəziyyəti yaxşılaşdırır və orada sülh və sabitliyi təmin edir”, - deyə Rusiya XİN-in məlumatında vurğulanıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq