Şəhid ailələrinin üzvləri təhsil haqqı ödəməkdən azad olunublar

img

25-01-2021 [13:53]


“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna əsasən, dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailələrinin üzvləri təhsil haqqı ödəməkdən azad olunublar. Bu təminatlar I Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə yanaşı, Vətən müharibəsi şəhidlərinin də ailə üzvlərinə şamil edilir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri xatırladıb ki, Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib: “Həmin şəxslərin də ailə üzvlərinə bu təminatlar şamil edilir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq