Bəzi şəhidlərin valideynləri həbsdən azad olunub - Ədliyyə Nazirliyindən açıqlama

img

25-01-2021 [12:20]


"Vətən Müharibəsində şəhid olmuş şəxslərin cəzaçəkmə müəssisələrində olan valideynləri, yaxın qohumlarının bir hissəsi azadlığa buraxılıb”.

Bunu Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda deyib.

O bildirib ki, həmin şəxslərin sayı 30-dan yuxarıdır və dəqiq uçotu hazırlanıb: “Qanunun yol evrdiyi hallara uyğun olaraq onların bir hissəsi şərti azadlığa buraxılıb, bir hissəsinin həbs qəti imkan tədbirləri dəyişdirilib, 1 şəhid ailəsi oğlunun dəfnində iştirak etmək üçün səfərə buraxılıb”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR