Zərif Azərbaycanda: "Bizim üçün çox vacib olan regional əməkdaşlıq və..." 

img

24-01-2021 [23:34]


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə IRNA agentliyi xəbər yayıb.

Bildirilib ki, İran Xarici İşlər Naziri qardaş Azərbaycanın öz torpaqlarını geri qaytarmasından məmnun olduğunu və bu gün Azərbaycan torpaqlarının xalqın mülkiyyətində olduğunu vurğulayıb.

O, Azərbaycan Respublikasından əlavə yaxın günlərdə Rusiya, Ermənistan və həftə sonu Gürcüstana səfər edəcəyini bildirib. İranın XİN başçısı Türkiyəyə də səfər edəcəyini qeyd edib.

"Əsas müzakirə mövzusu bölgədə bizim üçün çox vacib olan regional əməkdaşlıq, həmçinin də İslam Respublikasının çox yaxşı və yaxın münasibətlərdə olduğu bütün bu ölkələrlə ikitərəfli əlaqələrdir", - İranın xarici siyasət idarəsinin rəhbəri əlavə edib.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçiriləcək işlər də müzakirə mövzusu olacaq.

Zərif daha sonra deyib: "İnşallah sabah (bazar ertəsi-red) Dağlıq Qarabağdakı vəziyyəti, əməkdaşlıq və azad edilmiş ərazilərdə yenidənqurmanı, sabitliyin qorunması məsələlərini müzakirə etmək üçün Azərbaycan rəsmiləri ilə görüşəcəyik".

Qeyd edək ki, Məhəmməd Cavad Zərif səfər zamanı Azərbaycan Respublikası Baş nazirinin müavini və iki ölkə arasında Birgə Əməkdaşlıq Komissiyasının sədri Şahin Mustafayev və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək. Səfər çərçivəsində hər iki tərəf bir sıra vacib mövzuları müzakirə edəcək. Bunlar iki ölkənin ikitərəfli əməkdaşlıq sahəsində maraq göstərdiyi məsələlər (ortaq əməkdaşlıq layihələri, iqtisadi, siyasi, mədəni əməkdaşlıq), İranın Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 10 noyabr bəyanatı formatında altıtərəfli regional əməkdaşlığın inkişafında iştirakı, İran şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirakı və Şimal-Cənub dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı məsələləridir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR