NAZİR AZAD RƏHİMOVLA BAĞLI SENSASİYALI XƏBƏR YAYILDI: o, təcili ABŞ-a aparılıb və... - Hospital və ailəsindən açıqlamalar

img

23-01-2021 [11:53]


Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicə olunur.

Mia.az xəbər verir ki, nazir əvvəlcə Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalına yerləşdirilib.

Ancaq həmin xəstəxanada aparılan müalicə nəticə verməyib və A.Rəhimovun durumu daha da ağırlaşıb. Bu səbəbdən nazir bir müddət əvvəl onkoloji xəstələrin müalicə olunduğu başqa bir hospitala köçürülüb.

Presviterian Veyl Kornell Hospitalın nümayəndəsi  açıqlamasında Report.az-a A.Rəhimovun bu hospitalda müalicə olunduğunu və başqa xəstəxanaya köçürüldüyünü təsdiqləyib.

Qeyd edək ki, Azad Rəhimov 1964-cü ildə Bakıda doğulub. O, 2006-cı ildə gənclər və idman naziri təyin edilib.

***

Gənclər və İdman naziri Azad Rəhimovun komaya düşməsilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Mia.az xəbər verir ki, bu barədə Trend-ə Gənclər və İdman naziri Azad Rəhimovun ailəsindən bildiriblər.

Qeyd edək ki, bəzi KİV-lər də Gənclər və İdman naziri Azad Rəhimovun komaya düşməsilə bağlı iddialar yayılıb.

***

Gənclər və İdman naziri Azad Rəhimov komaya düşüb.

Unikal.org-un əldə etdiyi məlumata görə, 4 aydır işə çıxmayan Azad Rəhimovun səhhətində ciddi problemlər yaranıb. O, təcili ABŞ-a aparılıb, orada nazirə ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozu qoyulub. Cərrahi əməliyyat olunan Azad Rəhimovun vəziyyəti pisləşib və komaya düşüb.

Hazırda komada olan nazir ABŞ-da xəstəxanaların birindədir və 4 aydır ki, öz səlahiyyətlərini yerinə yetirə bilmir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR