NATO Baş katibi Gürcüstan prezidenti ilə bir arada: "Bölgədə güc balansının yeni konfiqurasiyası yaranıb..." - FOTO

img

22-01-2021 [18:54]


Gürcüstan Prezidenti Salome Zurabişvili NATO Baş katibi Yens Stoltenberq ilə görüşüb.

Bu barədə NATO Baş katibi “Twitter”də bildirib.

“Vacib tərəfdaş olan Gürcüstanın Prezidenti Salome Zurabişvili ilə görüşmək xoşdur. Mən əməkdaşlığımızın daha da dərinləşəcəyini səbirsizliklə gözləyirəm. NATO Gürcüstandakı islahatları, bu ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”, - deyə Yens Stoltenberq qeyd edib.

Qeyd edək ki, görüş Gürcüstan Prezidentinin Brüsselə səfəri çərçivəsində baş tutub/APA.

****

“Pandemiya böhranı və bölgəmizdə münaqişəyə baxmayaraq, Gürcüstan sabitliyini qoruyub saxlayır”.

Bunu Gürcüstan prezidenti Salome Zurabişvili NATO-nun Baş katibi Yens Stoltenberqlə Brüsseldə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında deyib.

Gürcüstan və bölgə qarşısında duran problemlərə toxunan dövlət başçısı bildirib ki, pandemiya, kibertəhlükəsizlik, destabilizasiya kimi məsələlərin həlli birgə güc və səylərin konsolidasiyasını tələb edir.

S.Zurabişvilinin sözlərinə görə, bölgədə güc balansının yeni konfiqurasiyası yaranıb: “Bu, onu göstərir ki, Qara dəniz və ümumilikdə Qafqaz təhlükəsizlik baxımından indi əvvəlkindən daha əhəmiyyətli bölgələrə çevrilir. NATO bu bölgələrə daha çox diqqət ayırmalıdır”/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR