Təhsil naziri: "Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır"

img

22-01-2021 [12:52]


"Şagirdlər arasında koronavirusa kütləvi yoluma halı qeydə alınmayıb".

Mia.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, şagirdlər arasında olmasa da, müəllimlər arasında koronavirusa kütləvi yoluma halı olub: “Bu, müəllimlər arasında olub. Ona görə də ölkə üzrə yoluxma statistikasına uyğun olaraq, 5-9-cu siniflər üçün dərslərin bərpa olunmasına qərar veriləcək”.

Nazir deyib ki, vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır: "Buradan yoluxanların sayını çıxırıq. Müvafiq plana uyğun olaraq 50 yaşdan yuxarı müəllimlərin vaksinasiya olunmasını nəzərdə tuturuq”.

Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən 16 698, bölgələrdə isə 32 mindən çox təhsil işçisinin vaksinasiya olunmasını nəzərdə tutulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR