Azərbaycanla Türkmənistan Anlaşma Memorandumu imzalandı: "Bugünkü sənəd tarixi əhəmiyyət daşıyır, çünki..." + FOTOLAR
21-01-2021 [14:50]
21 yanvar 2021-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.
Mia.az xəbər verir ki, Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədovun video-formatda qatıldıqları imzalanma mərasimində Memorandumu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov imzalayıblar.
Prezident İlham Əliyev deyib ki, bugünkü sənəd tarixi əhəmiyyət daşıyır, çünki Azərbaycan ilə Türkmənistan ilk dəfədir Xəzərdəki yatağın birgə istismarına başlayır: "Bu da ölkələrimizi, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq. Əminəm ki, ölkələrimiz arasında hər səviyyədə, ilk növbədə, prezidentlər səviyyəsində yaxından siyasi əməkdaşlıq olmasa, bugünkü sənəd imzalana bilməzdi”.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib ki, Azərbaycan ilə Türkmənistan hökumətləri arasında Xəzərdəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlədilməsi və istismarına dair Anlaşma Memorandumunun imzalanması uzun illərdir davam edən böyük işlərin bəhrəsidir: “Çox mühüm, gələcək vəd edən layihəyə başlayırıq. “Dostluq” yatağında Türkmənistan ilə Azərbaycanın birgə fəaliyyəti, şübhəsiz ki, uğurlu və səmərəli olacaq. Bu tarixi sənədə verdiyiniz dəstəyə, xalqlarımız və dövlətlərimiz arasındakı dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələrinin daha da inkişafına şəxsi töhfələrinizə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Bu sənəd enerji sahəsində əməkdaşlıq və qarşılıqlı anlaşmamızın güclənməsinə, iki böyük enerji dövlətinin potensialının üzə çıxmasına, Xəzər regionunda dayanıqlı energetikanın, geniş və qarşılıqlı faydalı beynəlxalq tərəfdaşlığın inkişafı üçün əlverişli zəminin yaradılmasına yönəlib”.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb