Azərbaycan Premyer Liqasında üz-üzə gələcək komandaların koronavirus testlərinin nəticələri məlum olub

img

21-01-2021 [14:09]


Azərbaycan Premyer Liqasının XIV turunda bu gün üz-üzə gələcək komandaların koronavirus testlərinin nəticələri məlum olub.

Klublardan verilən məlumata görə, bütün analizlər neqativ çıxıb. Hazırda heç bir komandada xəstə futbolçu yoxdur.

Yanvarın 22-də qarşılaşacaq "Keşlə" və "Sumqayıt" kollektivlərində isə test nəticələri bu gün axşam saatlarında bilinəcək.

Qeyd edək ki, bu gün "Zirə" - "Qəbələ", "Səbail" - "Neftçi" və "Sabah" - "Qarabağ" matçları keçiriləcək. İlk iki qarşılaşma saat 16:00-da, Masazırdakı görüş isə saat 18:00-da başlayacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR