Sabah Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçiriləcək

img

21-01-2021 [11:48]


Sabah – yanvarın 22-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçiriləcək.

Məlumata görə, iclasda “Ali təhsil haqqında” yeni qanunun layihəsinin hazırlanması ilə bağlı İşçi Qrupun təklifləri dinləniləcək.

Toplantıda Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, Təhsil Nazirliyinin məsul şəxsləri, ali təhsil müəssisələrinin rektorları və təhsil ekspertləri iştirak edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR