Mədət Quliyev daha bir direktoru vəzifədən çıxardı - Dəyişiklik

img

20-01-2021 [11:56]


Müdafiə Sənayesi Nazirliyinə məxsus "Xaçmaz Kondensator Zavodu" MMC-nin direktoru Maarif Bağırov vəzifəsindən azad edilib.

Mia.az Report-a istinadla xəbər verir ki, müəssisəyə rəhbərlik Sübhan Süleymanova həvalə olunub.

Xatırladaq ki, "Xaçmaz Kondensator Zavodu" 1981-ci ildə SSRİ-nin Elektronika Sənayesi Nazirliyinin “Elektrolit” İstehsalat Birliyinin Severo-Zadonsk Kondensator Zavodunun filialı kimi yaradılıb, 1982-ci ildən fəaliyyətə başlayıb. Zavod 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirib, 2006-cı ildə isə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib. Onun nizamnamə kapitalı 15 217 935 manatdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR