Bakı, Abşeron, Sumqayıtın bəzi ərazilərinə qar yağır - VİDEO

img

19-01-2021 [19:47]


Paytaxt ərazisində kəskinləşən hava şəraiti hazırda yağıntı ilə müşayiət olunur.

Hazırda Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin bir sıra ərazilərində qar yağır.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Yanvarın 20-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yolların buz bağlayacağı gözlənilir/Report

.


Digər xəbərlər
SON XƏBƏRLƏR