Yaqub Zurufçu: “Müqəddəs Qarabağımız da, Vətən oğulları da Azərbaycandır!" - VİDEO
19-01-2021 [17:36]
Bütün şəhidlərimizin və şəhid analarının şərəfinə Yaqub Zurufçunun ucaltdığı “musiqi abidəsi”
***
Güneyli-quzeyli Azərbaycanımızın görkəmli, vətənpərvər oğlu Yaqub Zurufçu xalqımızın hələ 1988-ci ildən başladığı azadlıq çarpışmalarının, Qarabağ uğrunda haqq döyüşlərinin ön sıralarında olmuş, “Ayrılıq” və digər vətənpərvər mahnıları ilə öz mübariz səsini xalqın səsinə qatmış, Vətənimizin xoş günlərinin sorağında olmuşdur.
Böyük el məhəbbəti qazanmış ustad müğənni ötən illərdə olduğu kimi, 44 günlük Vətən müharibəsinin ilk günlərindən də Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə uğurlu döyüşlər aparan Milli Ordumuzun igidlərinə xeyir-dua diləmiş, 30 ilə qədər işğal altında qalmış hər kəndimiz, şəhərimiz düşməndən azad edildikcə sevincindən göz yaşlarını saxlaya bilməmiş, xalqımızın böyük, müqəddəs Qələbəsinə dərin inam bəsləmişdir.
Lakin möhtəşəm zəfərimizə aparan yollarda “can Vətən!” deyib, qorxu bilmədən, mərdliklə, qəhrəmancasına vuruşaraq şəhid olmuş hər bir döyüşçümüzün, onların doğmalarının kədəri Yaqub bəyin də qəlbində ağır bir daş kimi asılıb qalmışdı. Və o, öz qəlbinin və şəhid analarının ürəklərinə az da olsa, məlhəm qoymaq istəyilə neçə vaxt idi ki, üzərində çalışdığı həzin, kövrək bir mahnı bəstələyərək, şəhidlərimizin və şəhid analarının şərəfinə “Ağlama, anam, mənə...” adlı möhtəşəm bir “musiqi abidəsi” ucaldıb. Mahnıda ülvi duyğular üzərində köklənərək, rəmzi şəkildə səslənən musiqili ana-oğul dialoqu sanki əbədiyyət, ilahi bir bəşər sevgisinin nümunəsidir. Mahnının sədaları və Yaqub bəyin qəlbləri ehtizaza gətirən həzin, kövrək ifası həm üzünü bir də heç vaxt görə bilməyəcəyi, boynuna qol salıb, üz-gözündən öpə bilməyəcəyi övlad üçün laylay kimi səslənən müqəddəs ana kədərini, həm də ruhu göylərdə, uğrunda canından keçdiyi Vətən səmasında indi şad və rahat dolaşan şəhidin qürur və sevincini bütün dolğunluğu ilə çatdırır dinləyiciyə.
31 il əvvəl – 1990-cı ilin 20 Yanvar günü azadlıq, müstəqillik eşqilə doğma Bakımızın küçələrində Sovet imperiyasına, onun azğın, vəhşiləşmiş ordusuna qarşı çıxaraq, cəsarətlə, qorxu bilmədən tankların üzərinə şığıyıb həlak olan oğulların, 1-ci Qarabağ savaşında və bizim böyük Qələbəmizlə başa çatan Vətən müharibəsində mərdliklə vuruşaraq şəhid olan igidlərimizin analarının, doğmalarının qəlbinə az da olsa təsəlli olacaq bu qəhrəmanlıq elegiyası onu kövrək duyğular üzərində bəstələyərək, həm də həzin bir tərzdə, Vətən uğrunda canlarından keçmiş igid Azərbaycan oğullarına sonsuz məhəbbətlə ifa edən sevimli sənətkarımız Yaqub Zurufçunun və mahnının qəlb titrədən sözlərinin müəllifi Solmaz xanım Şirvanlılnın şəhidlərimizin ölməz ruhuna böyük, sevgi dolu ehtiramlarının ifadəsidir.
Rəhman ORXAN,
Mia.az
Aşağıda mahnının linki və sözləri təqdim edilir:
Ağlama, anam, mənə...
Mən səni əlllərimlə
Haqq yoluna saldım,
Sənin xəyallarınla,
Baş-basa qaldım.
Necə də xoşbaxt idim
Nəfəsini duyunca.
Qulağım səsdədir
Qarabağ boyunca.
Bir gün acı xəbəri
Gətirdilər mənə,
Sənin qanlı nəşini
Yetirdilər mənə...
İndi yuxularıma
Qonaq gəlirsən,
Əynində qanlı köynək
Bağrımı dəlirsən.
Ana, haqqını bağışla,
Alnını açıq saxla,
Məni yerlərdə deyil,
Səmalarda soraqla.
Ağlama gəl, ay ana,
Axı mən ölməmişəm,
Vətənimi, elimi
Özgəyə bölməmişəm.
Ana, mən zirvələrin
Zirvəsindəyəm.
Ucadır şəhid adım,
Könüllərdə diriyəm.
Ağlama, anam, mənə,
Röyalarda gələcəm,
Boynuna gül dolayıb,
Göz yaşını siləcəm!..
Solmaz Şirvanlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb