"ASAN"çılar Həmkarlar İttifaqı Komitəsinə yeni sədri seçiblər

img

19-01-2021 [17:10]


İnnovasiyalar üzrə Dövlət Agentliyi İlk Həmkarlar İttifaqı təşkilatının növbədənkənar yığıncağı keçirilib.

Dövlət Agentliyindən verilən məlumata görə, növbədənkənar yığıncaq Həmkarlar İttifaqı təşkilatının 2020-ci il ərzində görülən işlərə dair Hesabatının təqdim edilməsi və Komitəyə yeni sədrin seçilməsi məqsədilə təşkil olunub.

İclasın yekununda Komitə üzvlərinin yekdil qərarı ilə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin baş məsləhətçisi Əsli İbrahimli Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR