Sabiq icra başçısı vəfat edib

img

19-01-2021 [16:54]


İsmayıllı rayonunun sabiq icra başçısı Mirdaməd Sadıqov vəfat edib.

Mia.az APA-ya istinadla xəbər verir ki, bir müddət əvvəl Bakıdakı xəstəxanalardan birinə yerləşdirilən M.Sadıqov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, M. Sadıqov 1999-2000-ci illərdə Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsini icra edib. 2000-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris işləri üzrə prorektoru olub. 2004-cü ildə “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. 2007-2008-ci illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Vergi Qanunvericiliyi Strateji Araşdırmalar Mərkəzinin Baş İdarə rəisi vəzifəsində çalışıb. 2008-2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olub. 

M. Sadıqov 14 fevral 2013-cü ildən 2020-ci il martın 5-dək İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 

Vəfat edənə qədər UNEC-in Strateji inkişaf üzrə prorektoru vəzifəsində işləyirdi. 


Digər xəbərlər
SON XƏBƏRLƏR