"Benfika" komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb

img

19-01-2021 [15:33]


Portuqaliyanın "Benfika" komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

Məlumata görə, yanvarın 16-da götürülmüş testlərdən 17-si müsbət çıxıb.

İnfeksiyaya yoluxanlardan neçəsinin futbolçu olduğu açıqlanmır. Komanda 14 günlük karantinə alınıb. Lissabon təmsilçisinin bu müddət ərzindəki oyunlarının təxirə salınacağı gözlənilir.

Qeyd edək ki, "Benfika" ölkə çempionatında 3-cü pillədə qərarlaşıb. Avropa Liqasında pley-offa yüksələn komanda bu mərhələdə İngiltərə "Arsenal"ı ilə qarşılaşacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR