Ceyhun Bayramov TÜRKSOY-un baş katibi ilə görüşdü - Nələr müzakirə olunub?
18-01-2021 [20:47]
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın iştirak etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Mia.az-a verilən məlumata görə, C.Bayramov nümayəndə heyətini salamlayaraq ölkəmizə edilən növbəti səfəri, xüsusilə də bu çərçivədə işğaldan azad olunmuş ərazilərə səfərin edilməsini yüksək qiymətləndirib.
On illiklərlə işğal altında saxlanılan ərazilərimizdə düşmən tərəfindən törədilən barbarlıq əməlləri ilə əyani şəkildə tanış olmaq, buradakı mövcud vəziyyətin, o cümlədən tarixi mədəniyyət abidələrinin durumunun dəyərləndirilməsi baxımından bu səfərin əhəmiyyəti vurğulanıb. Türk əməkdaşlıq təşkilatlarının Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinə verdiyi birmənalı dəstək məmnunluqla qeyd olunub.
Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa etdiyi və BMT TŞ qətnamələrinin icrasının təmin olunduğu, 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması ilə bölgədə yeni reallığın meydana gəldiyi, eləcə də Azərbaycanın imzalanmış bəyanatlarla üzərinə götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşdığı qarşı tərəfin diqqətinə çatdırılıb.
Ermənistan tərəfinin isə 10 noyabr birgə bəyanatına zidd olan əməllərinə diqqət yönəldilərək, bu xüsusda Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərlərin həyata keçirilməsi, eləcə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində erməni terrorçu-diversiya qrupunun üzvləri tərəfindən Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı terror aktlarının törədilməsi qeyd olunub. Saxlanılan diversiya qrupunun 62 üzvünün atəşkəsin əldə edilməsindən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun olaraq, hərbi əsir hesab edilmədiyi və Azərbaycan cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı qarşı tərəfin diqqətinə çatdırılıb.
İşğaldan azad edilmiş ərazilərdə hazırda Azərbaycan tərəfindən həyata keçirilən bərpa və yenidənqurma işlərindən bəhs edən nazir bu layihələrin bölgənin gələcək rifahına xidmət etdiyini vurğulayıb.
Baş katib Bağdad Amreyev Azərbaycana edilən səfər çərçivəsində işğalda azad edilmiş torpaqlara baş çəkdiklərini və oradakı vəziyyətlə tanış olduqlarını qeyd edərək bu ərazilərin bərpasına türk əməkdaşlıq təşkilatlarının cəlb olunması marağını ifadə etdi. Azərbaycanın haqq mövqeyinə bir daha dəstəyini bildirən baş katib Azərbaycanın qələbəsinin bütün türk dünyasını birləşdirən qələbə olduğunu qeyd etdi.
Türk Şurası, TÜRKSOY və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirakı, o cümlədən Şuşa şəhəri ilə bağlı gələcək planları ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı həmçinin Tük Şurası çərçivəsində gələcək əməkdaşlıq perspektivləri, qarşıdan gələn görüşlər ətrafında müzakirələr edilib.
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var