Türkiyə Super Liqasında derbi: "Beşiktaş" 10 nəfərlə oynayan "Qalatasaray"ı devirdi

img

17-01-2021 [22:01]


Bu gün Türkiyə Super Liqasında "Beşiktaş"la "Qalatasaray" arasında derbi baş tutub.

Mia.az xəbər verir ki, "Vodafone Park"da keçirilən derbidə "Qara Qarta"lar qalib gəlib - 2:0.

Qolları Xosef Souza 79-cu, Jorj-Kevin Nkudu 90+1-ci dəqiqədə vurub.

Onu da qeyd edək ki, "Qalatasaray"da Caqne 59-cu dəqiqədə qırmızı kartla meydandan qovulub.

Bu nəticədən sonra xalını 38-ə çatdıran "Beşiktaş" vahid liderə çevrilib. "Qalatasaray" isə 33 xalla 4-cüdür.


Digər xəbərlər
SON XƏBƏRLƏR