Navalnı Moskvada hava limanında saxlanıldı

img

17-01-2021 [23:35]


Bu gün Almaniyadan Moskvaya təyyarə ilə gələn Rusiya müxalifətinin lideri Aleksey Navalnı paytaxtın hava limanında saxlanılıb.

Mia.az "RİA Novosti”yə istinadən xəbər verir ki, Navalnı "Şeremetyevo" Hava Limanında Rusiya Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat-axtarış şöbəsinin əməkdaşları tərəfindən axtarışda olduğuna görə saxlanılıb.

Onun 29 dekabr 2020-ci il tarixdən axtarışda olduğu bildirilir.

Qeyd edək ki, A.Navalnı ötən il avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib. O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki “Şarite” klinikasına köçürülüb. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.

Müalicə alaraq sağalan Aleksey Navalnı bu gün Almaniyadan təyyarə ilə Moskvaya gəlib.


Digər xəbərlər
SON XƏBƏRLƏR