Türkiyə ilə Azərbaycan ordusu ortaq hərbi təlimlər keçiriləcək - Türkiyə MN-dən mesaj + FOTO

img

17-01-2021 [15:17]


Fevralın 1-dən 12-dək Türkiyə ilə Azərbaycan ordusu ortaq hərbi təlimlər keçiriləcək.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Qış-2021 Türkiyə-Azərbaycan Taboru Kombinə Edilmiş Birgə Vəzifə Gücü Təlimi"nə qatılacaq Azərbaycanlı hərbçilər artıq Qarsa gediblər.

“Qarabağda Ermənistan Ordusuna qarşı böyük bir qələbə qazanan qardaşlarımızı qürurla qarşılayırıq. "Bir millət, iki dövlət" anlayışımızla "bir ürək, bir bilək, bir yumruq" kimi birləşərək, fəaliyyətlərimizə davam edəcəyik!” - deyə məlumatda bildirilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR