Mexaniki-elektron sayğaclar artıq sərfiyyat qeydə alır? - "Azəriqaz" açıqlama yaydı
16-01-2021 [15:07]
Son günlər sosial şəbəkə ünvanlarında guya mexaniki-elektron sayğacların təbii qazla bağlı daha çox sərfiyyatı qeydə aldığı barədə müxtəlif yanaşmalara rast gəlinir.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a bildirilib ki, deyilənlər həqiqəti əks etdirmir:
"Qaz ölçü qurğuları, yəni sayğacların hamısının bir funksiyası var – sayğacdan keçən təbii qazın sərfiyyatını qeydə almaq. Smart-kart tipli sayğacın sərfiyyatı az, mexaniki-elektron sayğacın isə sərfiyyatı çox qeydiyyata alması mümkün deyil. Bu ölçü qurğuları standartlara cavab verir. Ölkəyə gətirildikdən sonra ən müasir üsullarla test olunur, yoxlanılır, daha sonra istismara verilir. Yəni müvafiq digər dövlət qurumları da (Azərbaycan Metrologiya İnstitutu) bu prosesə nəzarət edir.
Bildiririk ki, Azərbaycan Metrologiya İnstitutu tərəfindən ölçmə vasitələrinin (ÖV) tipinin təsdiqi məqsədi ilə keçirilən sınaqların nəticələri əsasında, ölçmə vasitəsinin tipinin metroloji və texniki tələblərə uyğunluğu barədə qərar qəbul olunur. Tipi təsdiq edilmiş ölçmə vasitələri, dövlət reyestrinə daxil edilir. Dövlət reyestrinin qeydiyyatı qanunvericiliyə uyğun qaydada müəyyən edilir. Standart nümunələrin və ya ölçmə vasitələrinin Dövlət Reyestrində, respublikada istehsal edilmiş və dövlət qəbul sınağından keçirilərək, tipi təsdiq edilmiş, həmçinin xaricdən partiyalarla və ya tək-tək gətirilmiş və təsdiq olunmuş tipə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə metroloji ekspertizadan keçirilərək, respublika ərazisində istifadəsinə icazə verilən standart nümunələrin və ya ölçmə vasitələrinin qeydiyyatı aparılır. Tipi təsdiq olunmuş standart nümunələrin və ya ölçmə vasitələri haqqında məlumat mərkəzləşdirilmiş məlumat fonduna daxil edilir, həmçinin “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin rəsmi internet səhifəsində yayımlanır.
Abonentlər onu da nəzərə almalıdırlar ki, soyuq günlərdə təbii qazdan istifadə artıb. Qaza olan təlabat çoxalıb. Üstəlik, narazı qalan abonentlərin sərfiyyatında artıq göstəriciləri də COVID-19 koronavirus pandemiyası ilə bağlı sərtləşdirilmiş karantin dövrünə təsadüf edir. Yəni hamı - əksər ailə üzvləri evdədir və istilik sisteminə ehtiyac əvvəlkindən çoxdur. Güzəştli aşağı tarifli limit həddinin də elə 2020-ci ilin dekabr ayında keçilməsinə çox təsadüf edilib. İstənilən abonent öz sərfiyyatı, ödənişləri barədə abonent soldosunu əldə edə bilər. Məsələn, bu “ASAN Kommunal” mərkəzlərində mümkündür. Və yaxud 104/185 saylı Çağrı Mərkəzinə də müraciət edib sorğu verə bilərlər. Bir sözlə, heç kimə artıq borc yazılmır, belə hal ciddi məsuliyyətdir. Bunu “Azəriqaz” İB-nin hər bir əməkdaşı yaxşı dərk edir. Bizim əsas məqsədimiz Sizə, operativ, layiqli xidmət göstərməkdir".
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı