Trampın “Facebook” və “İnstagram”dakı səhifələri yenidən açılıb

img

16-01-2021 [13:28]


ABŞ Prezidenti Donald Trampın “Facebook” və “İnstagram” sosial şəbəkəsindəki daha əvvəl bağlanmış səhifələri yenidən açılıb.

“Facebook” accountunda bu yaxınlardakı iğtişaşların iştirakçılarına rəğbət ifadə olunduğu güman edilən son paylaşımlar silinib.

Bundan əvvəl “Facebook” Donald Trampın səhifələrinin ta vəzifədən getməsinədək bağlı qalacağı açıqlanmışdı. “Facebook” şirkətinin rəhbəri Mark Zukerberq D.Trampın sosial şəbəkə vasitəsilə yenidən tərəfdarlarına müraciət etməsi ehtimalının hələ də qaldığını irəli sürüb.

Xatırladaq ki, yanvarın 6-da Vaşinqtonda hazırkı prezident Donald Trampın tərəfdarları 3 noyabr seçkilərinin rəsmi nəticələrinə qarşı etiraz nümayişi keçirib, sonra da Konqres binasına hücum edərək keçirilən iclası pozublar. Baş verən iğtoşaçşlar nəticəsində iki nəfərin öldüyü bildirilir. Həmin hadisədən sonra Donald Tramın sosial şəbəkələrindəki bütün səhifələri bağlandı, “Twitter” səhifəsi hələ də açılmayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR