Gürcüstan əhalisinin 60 %-i koronavirus əleyhinə peyvənd olunacaq

img

15-01-2021 [16:27]


“Vaksinasiya planına əsasən, Gürcüstan əhalisinin 60 %-i koronavirus əleyhinə peyvənd olunacaq”.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, 18 yaşa qədər olan şəxslərə vaksin vurulmayacaq, belə ki, bu yaşdan kiçik olanların peyvəndlənməsi ilə bağlı tibbi araşdırma aparılmayıb.

Mərkəz rəhbəri qeyd edib ki, kollektiv immunitetin yaradılması və normal həyat ritminə qayıtmaq üçün əhalinin 60 %-i vaksinasiya olunmalıdır.

A.Qamkrelidze peyvəndləmənin 65-170 milyon lariyə başa gələcəyini deyib/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR