Ermənistanın sabiq Baş naziri: "Azərbaycan lazımdırsa, əldə edib“
14-01-2021 [16:37]
Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi Vazgen Manukyan erməniləri revanşizmdən uzaq durmağa çağırıb.
O, bu fikirləri Rusiyanın RBK agentliyinə müsahibəsində söyləyib.
Müxalifətçi müsahibəsində hələ müharibə dövründə Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya çağırdığını vurğulayıb: “Çünki mən cəbhədə nə baş verdiyini bilirdim, əhali isə bilmirdi. Çünki məlumatın qarşısını almaq üçün tədbirlər görülürdü, ona görə Ermənistan əhalisi nə baş verdiyini anlamırdı. Ancaq mən həmişə cəbhələrlə, generallarla, ordu ilə bağlantıda olmuşam və durumun acınacaqlı olduğunu bilirdim”.
Yanvarın 11-də Rusiyanın paytaxtı Moskvada keçirilən üçtərəfli görüşə toxunan V.Manukyan Azərbaycanın diplomatik qələbəsini etiraf edib. O bildirib ki, Moskva görüşündə Ermənistan heç nə qazanmayıb, Azərbaycan isə əksinə, nə lazımdırsa, əldə edib: “Azərbaycana ona lazım olanı – Azərbaycanı Naxçıvan ilə bağlayan yolu aldı”.
N.Paşinyanın hakimiyyətə “rəngli inqilab” sonucunda gəlməsini qeyd edən V.Manukyan ona bəslənən ümidlərin puça çıxdığını deyib: “Ermənistanda baş verən (2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsi nəzər tutulur) adi “rəngli inqilab” olub. “Rəngli inqilablar”ın heç vaxt yaxşı sonu olmur. “Rəngli inqilab” dalğasında hakimiyyətə əsasən hökumətə rəhbərlik edə bilməyən səriştəsiz insanlar gəlir. Paşinyan toplumu keçmiş və indikilərə böldü, cəmiyyəti parçaladı”.
V.Manukyan ordunu hücuma yox, müdafiəyə hazırlaşmalı olduğunu açıqlayıb: “Hazırda Azərbaycana qarşı revanşizm barədə düşünmək mənasızdır… Müharibəyə yenidən başlamaq Ermənistanın maraqlarına cavab vermir”.
Siyasətçinin sözlərinə görə, müharibə boyu baş nazir cəbhədə baş verənləri yetərincə dərk etmək qabiliyyətində olmayıb. Onun fikrincə, Serj Sarqsyan hakimiyyətdə qalsaydı, müharibədən qaçınmaq mümkün olardı.
V.Manukyan həmçinin Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının birmənalı olmadığı düşüncəsindədir: “Rusiya danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədri kimi iştirakı zamanı iki prinsip elan edib: millətin öz müqəddəratını təyinetmə məsələsi və Azərbaycanın bir dövlət olaraq bütövlüyü məsələsi. Yəni bu iki məsələ bir-birinə zidd idi. Bu vəziyyətdə Rusiya da ortada öz müqəddəratını təyinetmə məsələsinin, milli məsələnin olduğunu düşünürdü”.
O həmçinin Rusiyanın 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki roluna da diqqət çəkib: “O (Rusiya – red) nə etməli idi, yerimizə döyüşməli idi? Elə olmur. Ancaq o, bizi silandırır və müharibəni dayandırmaq üçün bir neçə dəfə cəhd edib”.
Qeyd edək ki, 74 yaşlı Vazgen Manukyan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün fəal mübarizə aparmış şəxslərdən biridir. O, 1990-91-ci illərdə Ermənistanın baş naziri, 1992-1993-cü illərdə Ermənistan müdafiə naziri postlarını tutub. Hazırda Ermənistan müxalifətinin baş nazir vəzifəsinə vahid namizədidir/Report.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb