"Amnesty International" müharibə dövründə mülki əhaliyə qarşı hücumlarla bağlı hesabat hazırlayıb
14-01-2021 [13:09]
"Amnesty International" təşkilatı 44 günlük müharibə dövründə mülki əhaliyə qarşı hücumlarla bağlı hesabat hazırlayıb.
Hesabatda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərinə endirdiyi, ümumilikdə 72 mülki vətəndaşın ölümünə səbəb olan səkkiz zərbə sənədləşdirilib.
Hesabatda bu hücumlardan sağ çıxan, yaralanan şəxslər və həlak olan şəxslərin qohumlarından müsahibələr yer alıb.
Hesabatda bildirilir ki, oktyabrın 11-də, gecə saat 2 radələrində Gəncəyə endirilən raket zərbəsi nəticəsində 10 mülki şəxs həlak olub. Raket şəhərin mərkəzində, Zəfər Parkı ilə üzbəüz, Rəfibəyli küçəsindəki yaşayış binasına düşmüşdü. ANAMA-nın məlumatına görə, həmin zərbədə Ermənistan tərəfi “SCUD-B” ballistik raketindən istifadə edib. Zərərin həcmi bu cür silahla vurulan zərbəyə uyğundur.
Hesabatda deyilir ki, oktyabrın 17-də “SCUD-B” ballistik raketinin Gəncə şəhərinin Muxtar Hacıyev küçəsinə düşməsi nəticəsində 21 mülki şəxs həlak olub, 50-dən çox insan yaralanıb. Bu hücum zamanı Südabə Əsgərovanın 15 yaşlı qızı Nigar doğum günündən bir gün həlak olub.
“O mənim tək övladım idi”, - deyə Südabə Əsgərova "Amnesty International"a bildirib.
64 yaşlı Ramiz Qəhrəmanov da həmin hücumda 34 yaşlı qızı Xatirəni, 11 yaşlı nəvəsi Orxanı, 6 yaşlı nəvəsi Məryəmi və 18 yaşlı nəvəsi Ləmanı itirib.
Sənəddə bildirilir ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 27-də Azərbaycanın Bərdə rayonunun Qarayusifli kəndinə kasetli bomba zərbəsi nəticəsində 5 mülki şəxs həlak olub, 14 nəfər yaralanıb, evlərə ciddi ziyan dəyib.
Ölənlərdən biri - 7 yaşlı Aysu İsgəndərova zərbə vaxtı bağlarındakı yelləncəkdə oynayırmış.
Hesabatda qeyd olunur ki, erməni qüvvələri oktyabrın 28-də cəbhədən 20 km-dən uzaq məsafədə yerləşən Bərdə şəhərinə bir neçə iri çaplı raket atıb. Üç raket şəhərin mərkəzinə, onlardan ikisi şəhərdəki iki xəstəxananın yaxınlığına düşüb. Üçüncüsü isə 72 ədəd 9N235 kasetli başlıqdan ibarət Rusiya istehsalı 9M55 “Smerch” raketi olub ki, bu da insanların sıx olduğu mərkəzi prospektə düşüb, nəticədə 21 mülki şəxs həlak olub.
“Sentyabrın 27-də Ermənistan hərbi qüvvələrinin Naftalan yaxınlığındakı Qaşaltı kəndinə artilleriya zərbəsi endirməsi nəticəsində Qurbanovlar ailəsinin beş üzvü həlak olub, onların evinə ciddi ziyan dəyib", - deyə hesabatda qeyd olunur.
"Amnesty International" hesabatında bildirib ki, sentyabrdan noyabradək davam edən 44 günlük müharibə dövründə Ermənistan tərəfi beynəlxalq humanitar hüququ pozaraq mülki əhalini də hədəf alıb və bu, çox sayda günahsız insanların ölümü ilə nəticələnib.
Qeyd olunub ki, Ermənistan tərəfi mülki əhalinin yaşadığı ərazilərdə qeyri-qanuni olaraq qeyri-dəqiq silahlardan, o cümlədən beynəlxalq səviyyədə qadağan edilmiş kasetli silahlardan və geniş ərazilərə yayılan digər partlayıcı silahlardan istifadə edib.
Hesabat müəllifləri hesabatı hazırlayarkən bu zərbələrdən sağ çıxan, yaralanan və ya qohumlarını itirən 51 şəxsdən və 8 rəsmi şəxsdən müsahibə aldıqlarını bildiriblər/APA.
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib